reklam

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Renat Dadaşov Almaniya millisi ilə oyunda zədələndiyi üçün yığma komandadan ayrılıb.

Qeyd edək ki,  "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Kosovo matçı noyabrın 14-ü saat 18:00-da başlayacaq.