reklam

"Neftçi" Elnur Cəfərovu cəzalandırdı

TARIX /

"Neftçi” PFK-nın futbolçusu Elnur Cəfərov baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib.

İdmanxeber.com-un məlumatına görə, bu haqda klubun saytı xəbər yayıb.

Futbolçu həmçinin klubun qaydalarına uyğun olaraq cərimə olunub. Buna səbəb Elnur Cəfərovun U-21 milli komandasının heyətindəki çıxışı və sosial şəbəkələrdəki hərəkəti ilə milli komandanın və klubun ictimai nüfuzuna xələl gətirməsidir.