reklam

Bu gün DÇ-2018-ə vəsiqə qazanan sonuncu – 32-ci  komandanın adı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, qitələrarası pley-off mərhələsində Peru Yeni Zellandiyanı qəbul edib. Komandalar arasında keçirilən ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb. Cavab matçında doğma meydanda 2:0 hesabı ilə qalib gələn Peru mundiala vəsiqə qazanan sonuncu yığma olub.


DÇ-2018-ə vəsiqəni təmin edən 32 komanda:

Rusiya (təşkilatçı ölkə), Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, Braziliya, Kolumbiya, Uruqvay, Argentina, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı,Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunis, Meksika, Kosta-Rika, Panama, Avstraliya, Peru