reklam

Noyabrın 18-də Gəncədə “Səbail” ilə qarşılaşacaq “Kəpəz” qarşıdakı oyuna hazırlığın Bakı hissəsini başa vurub. 
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün keçirdiyi çalışmalarla paytaxtdakı məşqləri tamamlayıb.

21 yaşadək futbolçulardan ibarət yığma komandanın tərkibində olmuş İlyas Səfərzadə ilə İlkin Sadıqov dünəndən artıq düşərgəyə qoşulub. Hər iki futbolçu məşqlərdə iştirak edir.  

Qeyd edək ki, “sarı-göylər” matç öncəsi sonuncu məşqi sabah Gəncədə keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.