reklam

Millimizin ən yaxşıları - LAYİHƏ

TARIX /

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan İdmanxeber.com saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 4-cü yazı

Bir müddətdir ki, DÇ-2018-in seçmə mərhələsinin qrup oyunları başa çatıb.  

Millimiz çətin sayılacaq qrupda 10 xal toplayaraq tsikillə vidalaşdı. Bu yığmamızın tarixində ən yüksək göstərici sayılsa da, ilk 3 oyunda qazanılan 7 xaldan sonra futbol ictimaiyyəti millimizdən daha yüksək göstəricilər gözləyirdi. Lakin Prosineçkinin başçılıq etdiyi komandanın sonucda qazancı 10 xal oldu.

Başa çatan tsikildə milli futbolçularının sərgilədiyi performans da maraq doğurmaya bilməz. Biz bu yazımızda başa çatan mərhələnin ən yaxşı iki futbolçusundan bəhs edəcəyik:


Kamran Ağayev
Ölkənin bir nömrəli əlcək ustası üst-üstə 9 oyunda çərçivəni qorudu. Yalnız bir görüşdə - Bakıda San Marino ilə başa çatan qarşılaşmada çərçivə Səlahət Ağayevə həvalə olunmuşdu. 
Kamran Ağayev ümumilikdə millimizin qrupda keçirdiyi və özünün start heyətində meydana çıxdığı 9 matçda 27 seyvlə diqqət mərkəzinə düşdü. Ağayev yalnız  San Marino ilə səfər görüşündə işsiz qaldı. Belə ki, meydan sahibləri oyun ərzində bir dəfə də olsun Kamranı narahat edə bilmədi. 
Ağayev tsikilin Norveçlə ev görüşündə etdiyi 5 vacib qurtarışla millimizin 3 xal qazanmasında böyük pay sahibi oldu.
Ağayevlə bağlı daha bir maraqlı statistika ondan ibarətdi ki, qapıçımız heç bir oyunda sarı vərəqə ilə cəzalandırılmayıb. 
Ümumilikdə başa çatan mərhələdə qapısında 18 qol görən Kamran Ağayevi rəqiblərimiz 6 dəfə başla məyus edə bilib. Təcrübəli qapıçımız iki dəfə Şimali İrlandiya ilə səfərdə, iki dəfə isə Kayzerslauterndə Almaniyaya qarşı görüşdə futbolçularımızın ikinci mərtəbədəki zəif oyunu ucbatından topu qapı torundan çıxartmalı olub. Almanlar Bakıdakı qarşılaşmada da Ağayevi başla bir dəfə məyus etməyi bacardı. Qolkiperimiz yalnız bir dəfə duran topdan qol buraxıb.

Hazırda karyerasını Çexiyada davam etdirən Kamran millinin heyətində əvəzlənmədən 9 oyunda ümumilikdə 810 dəqiqə meydanda olub.

Göstəriciləri:
Meydandan keçirdiyi dəqiqə: 810 dəq.
Seyvlər: 27
Buraxdığı top: 18

Başla buraxdığı top: 6


Əfran İmayılov fərqi
Futbol ictimaiyyətinin və azarkeşlərimizin daha çox qınadığı futbolçu Əfran İsmayılovdu desək yanılmarıq. "Qarabağ"ın da şərəfini qoruduğu futbolçumuz maraqlıdır ki, başa çatan tsikilin ən yaxşılarındandı. Təcrübəli yarımmüdafiəçi bitən seçmə mərhələdə 2 məhsuldar ötürmə ilə komandamızın qol vurmasına yardımcı olub. Belə ki, San Marino səfərində onun ötürdüyü topu Ruslan Qurbanov dəqiq baş zərbəsi ilə tamamlayaraq millimizə 3 xal, İsmayılovun aktivinə isə məhsuldar ötürmə yazıb.
Bundan başqa İsmayılov Almaniya ilə Bakıdakı görüşdə Dimitri Nazarova etdiyi gözəl ötürmə ilə millimizin qonaqları məyus etməsinə nədən olmuşdu.
Tez-tez top itirmələri ilə çəkdiyi əziyyəti boşa verən Əfran DÇ-2018-in seçmə mərhələsində 3 dəfə rəqib qapısına yol tapa bildi. Belə ki, İsmayılov iki dəfə San Marino ilə Bakıdakı görüşdə fərqlənərək dublunu rəsmiləşdirdi. O, həmçinin Çexiya ilə ev oyununda da qolvurmağı bacardı. Əfran qonaqların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirərək 2017-ci ildə millimizin heyətində 3-cü qolunu vurmuş oldu.
Geridə qoyduğumuz tsikildə 418 dəqiqə meydanda olan Əfran İsmayılov yalnız bir matçda oyuna sonradan daxil olub. Prosineçkinin tez-tez güvəndiyi İsmayılov təkcə Norveçlə matçın start heyətində yer almamışdı. 
Ə.İsmayılov seçmə mərhələnin iki görüşündə ümumiyyətlə meydan ıxmayıb.O, zədə səbəbindən Norveçlə ev və Çexiya ilə səfər matçını buraxmalı oldu.
Göstəriciləri
Qol sayı: 3
Meydanda olduğu dəqiqə: 410
Keçirdiyi oyun sayı: 8

Məhsuldar ötürmə sayı: 2

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".