reklam

Rusiyada keçiriləcək DÇ-2018-ə yollanacaq 32 komandanın adı artıq məlumdu . Lakin hal hazırda hər kəs komandaların nə vaxt qruplara bölünəcəyi günü gözləyir.

İdmanxeber.com xəbər verir ki, 15 iyunda başlayacaq çempionat  iyulun 15-də qalibin məlum olması ilə yekunlaşacaq. Mundiala yollanacaq komandalar və onların qərarlaşdığı səbətlər də artıq məlumdu. DÇ 2018-in qrup seçimləri isə 1 dekabr, Rusiyanın Moskva şəhərində Kreml Sarayında keçiriləcək.

Qeyd edək ki, Rusiyaya yollanacaq komandalar arasında Hollandiya və İtaliya kimi güclü yığmalar yer almır.