reklam

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən "Kəpəz" - "Səbail" (2:3) matçından sonra istefa verən Gəncə klubunun baş məşqçisi Şahin Diniyevin əvəzləyicisi dəqiqləşib.

İdmanxeber.com-un məlumatına görə, uzun sürən müzakirələrdən sonra kluba Yunis Hüseynovun rəbərlik edəcəyi dəqiqləşib. 52 yaşlı mütəxəssis futbol oynadığı dövrlərdə doğma klubunun şərəfini qorusa da, məşqçi kimi qərb təmsilçisində ilk sınağına hazırlaşır. Əslən gəncəli olan Hüseynovun "Kəpəz"ə baş məşqçi təyin olunması ilə bağlı klubdan gün ərzində rəsmi açıqlama veriləcək.

Maraq üçün qeyd edək ki, çalışdırıcı kimi daha əvvəl "Karvan", "Standart" və "Xəzər Lənkəran" klublarında özünü sınayan mütəxəssisin işlədiyi sabiq komandaların hamısı dağılıb.