reklam

Çempionlar Liqasının 5-ci turunda Bakı Olimpiya Stadionunda baş tutacaq "Qarabağ" - "Çelsi" matçını idarə edəcək hakimlər briqadası bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanı idarə edəcək hakimlər Portuqaliyadandı. 

Matçın baş hakimi Manuel De Souza olacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Fabio Verissimo və Luis Migel Branko Qodinyo isə Əlavə hakim köməkçiləri funksiyasını yerinə yetirəcək.

 
Qeyd edək ki, noyabrın 22-də Olimpiya stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da başlayacaq.