reklam

Millimiz albanlara qalib gəldi

TARIX /

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - “Mercedes Benz” Egey kubokunda bu gün ilk oyununu keçirib. İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Albaniya komandası ilə qarşılaşan yığmamız Bəhruz Tanriverdiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Yığmamız turnirdə növbəti oyununu noyabrın 21-də Kosovo komandasına qarşı keçirəcək.