reklam

Yunis Hüseynov "Kəpəz"də "siftə"lədi

TARIX /

Azərbaycan Premyer Liqasının XIII turunda Gəncədə “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bir günlük istirahətdən sonra məşqlərə başlayıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın bu günə olan məşqi Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirilib. “Sarı-göylər”i məşqə yeni baş məşqçi Yunis Hüseynov çıxarıb. Təxminən saatyarım davam edən hazırlıq prosesi isinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayıb. Daha sonra futbolçular toplu məşqlər və taktiki-texniki tapşırıqlar üzərində çalışıblar.