reklam

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

TARIX /

Bu gün Çempionlar Liqasında V turun növbəti oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində çıxış edən təmsilçimiz "Qarabağ" doğma meydanda son sınağına çıxır.

Ağdam klubunun rəqibi İngiltərənin məşhur "Çelsi" klubudu.

Madrid "Atletiko"su ilə hər iki görüşdə heç-heçə qalaraq azarkeşlərini sevindirən "köhlən atlar"a bugünkü qarşılaşmada da ümidlər böyükdü. Hərçənd Londonda baş tutmuş ilk oyunda "zadəganlar" Qurbanovun yetirmələrini 6 dəfə meydanın mərkəzinə dəvət etmişdi.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüş üçün satışa çıxarılan biletlərin hamısı satılıb. Böyük azarkeş dəstəyi altında oynayacaq "Qarabağ"ın növbəti dəfə güclü bir rəqibinə qarşı hansı oyunu sərgiləyəcəyi maraqla gözlənilir

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

22 noyabr, C qrupu

21: 00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4
Qollar: 
Eden Hazard, 21-pen, Villian, 36, Fabregas, 73-pen, Villian, 85
Qırmızı vərəqə: Rəşad Sadıqov, 19 ("Qarabağ")

Baş hakim: Manuel De Souza

Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos

Dördüncü hakim: Nuno Pereyra

Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)

Bakı Olimpiya Stadionu.