reklam

"Çempionlar Liqasında növbəti mərhələ şansımızı davam etdirmək üçün mütləq qələbə qazanmalıyıq. Daha sonra “Qarabağ”ın uğurlu olmasına ümid etməliyik. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

İdmanxeber.com-un İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun futbolçusu Koke Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Roma" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"4-3-3 sxemi ilə oynayan komandalara qarşı böyük oyunlar keçirmişik. Özümüzü çox yaxşı hiss edirik. Bütün komanda işini düzgün görəndə hücumda kompakt futbol oynamağı bacarırıq. Bu, rəqibin kimliyindən asılı olan şey deyil.  Meydanda sakit olmalı və nə etmək lazım olduğunu bilməliyik. Başa düşürük ki, yalnız qələbə bizi qane edir" - deyə o bildirib.

Qeyd edək ki, “Atletiko” – “Roma” görüşü bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.