reklam

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu İbrahim Şehiçi cəzalandırıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən xəbər verir ki, o, Topaz Premyer Liqanın 12-ci turunda "Sumqayıt"a qarşı matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.
Qeyd edək ki, həmin matçın 30-cu dəqiqəsində Şehiç rəqibi əli ilə vurub. Bu səbəbdən baş hakim İnqilab Məmmədov bosniyalı qapıçıya birbaşa qırmızı vərəqə göstərib.