reklam

“Qarabağ”ın hücumçusu Mahir Mədətov Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. İdmanxeber.com-un məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.


- Hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdik. Oyuna yaxşı başlamışdıq, amma sonra hər şey dəyişdi.

- Yenə Çempionlar Liqasının oyunu, yenə qırmızı vərəqə. Rəşad fasilədə epizodla bağlı nəsə dedi?

- Penalti epizodu ilə bağlı heç nə deyə bilmərəm. Əgər penalti var idisə də, hakim qırmızı vərəqə göstərməməliydi. Çox ağır qərar oldu.
 
- Bəs ikinci hissədə nə baş verdi? Yorğun idiniz, yoxsa sistem pozuldu?

- “Çelsi” kimi komandaya qarşı oynamaq asan deyil. Ola bilər ki, müəyyən dəqiqədən sonra komandada yorğunluq yarandı.
 
- Qurban Qurbanov birinci penaltidən sonra oyunçuları yanına çağırdı. Bir anlıq düşündük ki, komandanı meydandan çıxarmaq istəyir. Hətta Şehiç də gəlirdi. Həmin vaxt nə dedi sizə?

- Meydanda 10 nəfərlə qaldığımızdan bizə motivasiya verməyə çağırmışdı. Diqqətli olmağımızı tapşırdı. Bizi kənara çağırması sırf bununla bağlı idi


- Oyundan sonra epizodun təkrarına baxdın? Səncə, penalti var idi?

- Kimi deyir var, kimi deyir yoxdu. Cürbəcür fikirlər səslənir. Mən özüm epizoda baxmamışam.
 

- Bir ara “Çelsi”nin paltardəyişmə otağına yaxınlaşdın…

- Qapıçımız Anton Konibolotski orda idi. Ona yaxınlaşmışdım.
 

- Yəni, forma dəyişdirmək istəmirdin…

- Xeyr, ona görə rəqibin otağına yaxınlaşmamışdım. Formamı dəyişmirəm, çünki evdə anam yığır.