reklam

Noyabrın 25-də doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq "Kəpəz" bu oyuna itkilərlə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, komandanın heyətində zədəlilər var. "Səbail" ilə matçda dizi burxulan Viktor Oseqeyl məşqlərdə iştirak etmir. Məhəmməd Qurbanovun da ayağında ağrılar var. Oseqeyldən fərqli hazırlıq prosesinə qatılan yarımmüdafiəçi köhnə zədəsini yeniləyib.

Zədəlilərin fonunda məşqçilər korpusunu sevindirən məqam Ceyhun Cavadovun sağalmasıdır. Soyuqdəymə səbəbindən ötən turu buraxan yarımmüdafiəçi məşqlərdə səylə çalışır.