"Qarabağ"ın xahişi nəzərə alındı

Oxunma: 1519 TARIX /

Ölkəmizi Çempionlar Liqasının  qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, klub İtaliyanın “Roma” komandası ilə matça daha yaxşı hazırlaşmasını əsas gətirərək Topaz Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirəcəyi oyunların vaxtının dəyişdirilməsini xahiş edib.

PFL “Qarabağ”ın Azərbaycanı  Avropada  təmsil etdiyini və klubların razılıq məktubunu rəhbər tutaraq aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “Neftçi” matçı 2 dekabr tarixdən 1 dekabr tarixə keçirilsin.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – “Qaradağ Lökbatan” və “Neftçi” – “Zaqatala” matçları 29 noyabr tarixdən 28 noyabr tarixə keçirilsin.