UEFA Çempionlar Liqasının 6-cı - qrup oyunlarının sonuncu turu çərçivəsində "Qarabağ" bu gün yekun oyununa çıxır.

İdmanxeber.com-un məlumatına görə, C qrupunda yer alan Qurban Qurbanovun yetirmələrinin sonuncu sınağı səfərdə "Roma"ya qarşı olacaq. Əvvəlki 5 matçda 2 heç-eçəyə imza ataraq aktivinə 2 xal yazdıran "köhlən atlar," qitənin ən nüfuzlu klub turnirində qapını möhkəm çırpmaq niyyətindədi. Bakıda keçirilən matçda rəqibinə  1:2 hesabı ilə uduzan komandamız, Romada möcüzə axtarışında olacaq.

 

 

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

C qrupu

5 dekabr

 

23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) 1:0
Qollar: Perotti, 53 

Baş hakim: Tobias Stieler

Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel

Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers

Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)

Roma. Olimpiya stadionu