“Avropanın hər bir ölkəsi istəyər ki, təmsilçisi olan klub Çempionlar Liqasında çıxış etsinr. Bu futbolun inkişafına müsbət təsir göstərən amildi. Qrupa düşməymiz hər kəsi gözü qarşısında oldu. Bizim ölkəmizdə futbola sevgi 5 dəfə artıb.. Uşaqlar, qadınlar, yaşlı nəsil - hamı bizim oyunlarımızı müzakirə edirlər. Bu, irəliyə atılmış əhəmiyyətli addımdır. Biz son 8-9 ildə planlı şəkildə işləyirdik və ÇL-in qrupuna düşmək əsas hədəfimiz idi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəi UEFA-nın saytına deyib.

Rəşad, son 10-15 ildə Azərbaycanda idmana və futbola dövlət tərəfindən böyük diqqət göstəridiyini, böyük məbləğdə vəsaitlərin yatırldığını bildirib: "Son vaxtlarda bizə bəslənən ümidləri puça çıxarmırıq. Avropa Liqasının qrupunda iştirak etmişik. Millimiz əvvəlki seçmə mərhələlələrə nisbətən daha çox xal toplayır. Ən əsası, klub olaraq ÇL-nın qrupunda iştirak etdik. Bəli, ola bilər ki, avrokuboklarda böyük nəticələr əldə etməmişik və yığmamız dünya və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmayıb, ancaq bizim futbolun gənc olduğunu unutmamalıyıq. Bu amili nəzərə alsaq, bizim çıxışımız layiqlidir. Biz öz oyunumuz və əldə etdiyimiz nəticələrlə dəstəyin qarşılığını vermək istəyirik”.