“Çelsi”yə qalib gəlmək üçün diqqətimizi tam olaraq bu oyuna yönəltmək lazımdı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Atletiko”nun futbolçusu Filipe Luis deyib.

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan Madrid təmsilçisi sonuncu tur çərçivəsində bu gün “Çelsi”nin qonağı olacaq. “Atletiko”nun braziliyalı müdafiəçisi matçdan öncə UEFA-nın rəsmi saytına danışıb. Luis paralel olaraq keçiriləcək “Roma” – “Qarabağ” görüşünün nəticəsinin onlar üçün önəmli olduğunu təsdiqləsə də, fikirlərini yalnız öz oyunlarına yönəldəcəklərini bildirib: “Biz yalnız “Çelsi” ilə görüşün nəticəsini dəyişə bilərik. “Roma” – “Qarabağ” matçını düşünmürük. Odu ki, fikrimiz İtaliyada qalmayacaq. Qrupdakı vəziyyətə görə yalnız özümüzü günahlandıra bilərik. Mövsümün əvvəli bizim üçün asan keçmədi. Amma getdikcə komanda oyununu yaxşılaşdırdı. Futbolçularda özünəinam hissi qayıtdı və qələbələr qazanmağa başladıq. İndi hər şey lazım olan səviyyədədi. “Qara zolaq”dan çıxdıq. Qarşıda bizi uğurlu seriya gözləyir”.

Qeyd edək ki, 5 turdan sonra “Çelsi”nin 10, “Roma”nın 8, “Atletiko”nun 6, “Qarabağ”ın isə 2 xalı var.