reklam

"Oturub, "Roma" - "Qarabağ" matçıdna nəyin baş verəcəyini düşünə bilmərik. Öz oyunumuza baxacağıq. Əlimzdən gələni edəcəyik ki, Çempionlar Lİqasından kənarda qalmayaq. Rəqibimiz güclüdü. Onlar qrup birincisi olmaya layiq komandadı".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Çelsi" ilə oyun öncəsi deyib.

Argentinalı mütəxəssis London klubu ilə görüşün asan keçməyəcəyini bildirib: "Ancaq qələbə haqda düşünməliyik. Çünki başqa yolumuz yoxdur.  "Roma” qalib gəlsə, qrupdan çıxmaq münasibəti ilə onları və "Çelsi”ni təbrik edəcəyik”