Bu axşam Çempionlar Liqasının 6-cı turu çərçivəsində baş tutacaq "Mançester Yunayted" - "ÇSKA" Moskva matçı öncəsi meydan sahiblərinin heyətində sürpriz qərar qəbul edilib.

İdmanxeber.com-un məlumatına görə, zədəsini sağaldaraq yaşıl meydanlara geri dönən Zlatan İbrahimoviç axşamkı matçın heyətindən çıxarılıb. 

Qyed edək ki, 12 xalla qrup lideri olmasına baxmayaraq İngiltərə klubu, növbəti mərhələyə vəsiqəni özü üçün təmin etməyib. İsveçli hücumçunun həftəsonu Premeyr Liqada qarşılaşacaqları "Mançester Siti" ilə oyunda meydana çıxması gözlənilir.