reklam

"Barselona"nın dünya ulduzu Lionel Messi haqda maraqlı xəbər ortaya çıxıb.

İdmanxeber.com-un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, argentinalı hücumçu üçün "Mançester Siti" transfer təklifi irəli sürüb. "Şəhərlilər"in argentinalıya illik 50 milyon avro, bundan başqa müqavilə üçün isə 100 milyon avro pul təklif etdiyi xəbərləri yayılıb. Bununla belə "Barsa"ya bağlı olan Messinin təklifi anında rədd etdiyi bildirilib.

Qeyd edək ki, bu yaxınlarda kataloniya klubu ilə müqaviləsini 2021-ci ilə qədər uzadan Leo 17 yaşından bu yana "Barselona"nın əsas komandasında çıxış edir.