"Roma" - "Qarabağ: start heyətlər açıqlandı

Oxunma: 322 TARIX /

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunda İtaliya paytaxtında keçiriləcək “Roma”-“Qarabağ” oyunu üçün komandaların start heyətləri açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Riçard Almeyda, Əfran İsmayılov, Elvin Yunuszadə, Yakub Rzezniçak və Donald Gerye yer alıblar.

İtaliya təmsilçisinin ilk on birliyinə isə Alisson Beker, Radya Nainqolan, Kevin Strutman, Dieqo Perotti, Edin Dzeko, Aleksandar Kolarov, Daniele de Rossi, Federiko Fazio, Alessandro Florenzi, Kostas Manolas və Stefan El Şaravi daxil ediliblər.