reklam

"Qarabağ" Romada azarkeşsiz qalmayacaq!

TARIX /

Az sonra start götürəcək "Roma" - "Qarabağ" matçında komandamız dəstəksiz qalmayacaq.

İdmanxeber.com-un məlumatına görə, Roma Olimpiya stadionunda yerli azarkeşlərlə yanaşı Ağdam klubunun da tərəfdarları yer alacaq. Təxminən 100-ə yaxın azarkeşin "Qarabağ"a dəstək olacağı bildirilir.

Qeyd edək ki, azarkeşlər arasında Romada yaşayan həmvətənlərimiz və Azərbaycandan gələn tərəfdarlar olacaq.