Çempionlar Liqası: Növbəti 1/8 finalçılar bəlli oldu

Oxunma: 242 TARIX /

Bu gün Çempionlar Liqasının qrup mərhələsində sonuncu – 6-cı tura start verilib. 
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşması keçirilib.
Bu oyunlardan sonra sonra 1/8 finala vəsiqə qazanan komandaların sayı 12-ə çatıb.  
"Mançester Yunayted", "Bazel", "Roma", "Yuventus" 1/8 finala adlayıblar.
Artıq "Bavariya”, PSJ, "Çelsi”, "Barselona”, "Beşiktaş”, "Mançester Siti”, "Real” və "Tottenhem” 1/8 finala vəsiqəni təmin edib.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər 8 matçı sabah keçiriləcək.

5 dekabr

Çempionlar Liqası, qrup mərhələsi
A qrupu

"Mançester Yunayted" (İngiltərə) - MOİK (Moskva, Rusiya) 2:1
Qollar: 
Dzaqoyev, 45 (0:1), Lukaku, 64 (1:1), Reşford, 66 (2:1)
"Benfika" (Portuqaliya) - "Bazel" (İsveçrə) 0:2
Qollar: 
Elyounoussi, 5, Oberlin, 65


B qrupu
"Bavariya" (Almaniya) - PSJ (Fransa) 3:1
Qollar: 
Levandovski, 8 (1:0), Tolisso, 37 (2:0), Mbappe, 50 (2:1), Tolisso, 69 (3:1)

"Seltik" (Şotlandiya) - "Anderlext" (Belçika) 0:1
Qol: 
Simunoviç, 62-avt


C qrupu
"Roma" - "Qarabağ" 1:0
Qol: 
Perotti, 53

"Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) 1:1
Qollar: 
Niquez, 56 (0:1). Saviç, 75 (1:1) 


D qrupu
"Olimpiakos" (Yunanıstan) - "Yuventus" (İtaliya) 0:2
Qollar:
 Kuadrado, 15, Bernardesi, 90

"Barselona" (İspaniya) - "Sportinq" (Portuqaliya) 2:0
Qollar: 
Pako, 59, Matye, 90+1-avt.