reklam

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasda  “Keşlə” klubunun keçmiş əməkdaşı Ağakişi Mehdizadə barədə qərar çıxarılıb:

“İnter” (hazırkı “Keşlə” klubu) və “Neftçi”nin sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə “Neftçi”nin  AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və Ağakişi Mehdizadənin AFFA-ya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunsun. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilsin.

Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər. 

Xatırladaq ki, "Keşlə"nin iki futbolçusu - Nizami Hacıyev və Mirhüseyn Seyidov da danışılmış oyunlarda iştirakda ittiham olunaraq futboldan ömürlük uzaqlaşdırılıb.