Azərbaycan kubokunun 1/8 mərhələsinin oyunlarında intizam qaydalarını pozanlar cəzalandırılıb.

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın İntizam Komitəsi qarşılaşmalarda baş verənlərə hüquqi qiymət verib və 3 klubu cərimələyib. “Şüvəlan” – “Səbail” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 80 manat cərimələnib. “Qəbələ” – “Mil-Muğan” oyununda eyni səbəbdən qonaq komanda analoji cəzaya məruz qalıb. Qarşılaşmanın 83-cü dəqiqəsində “Mil-Muğan”ın meydandan qovulan futbolçusu Samir Babayev 1 oyun cəzalanıb, klubunu 20 manat ziyana salıb.

MOİK – “Keşlə” matçında meydan sahiblərinin xərəkdaşıyan uşaqlarla təmin etməməsinə görə klub 80 manat cərimələnib.