UEFA Avropa Millətlər Liqasının püşkatma prosedurunu təsdiqləyib. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə qitənin ali futbol qurumunun İsveçrənin Nyon şəhərində keçirilən iclasında qərar verilib. Püşk mərasimi 2018-ci il, yanvarın 24-də keçiriləcək. İsveçrənin Luzan şəhərində baş tutacaq tədbirdə ümumilikdə 55 komanda 4 liqada mübarizəyə qoşulacaq. Azərbaycan yığması özündən başqa 15 mümkün rəqibi ilə birlikdə D liqasında yarışacaq. Liqasının güclülərindən olan millimz ilk səbətdə yer alıb. 16 komanda hərəsində 4 ölkə olmaqla 4 qrupda mübarizə aparacaq.

Maraqlıdır ki, UEFA siyasi konfliktdə olan dövlətləri də nəzərə alıb. Belə ki, həm D liqasındakı Azərbaycan və Ermənistan, həm də B liqasındakı Rusiya və Ukrayna eyni qrupa düşməyəcək.