"Qarabağ" yenə qələbə qazandı - YENİLƏNİB

Oxunma: 169 TARIX /

Bu gün Azərbaycan Premyer Liqasının 4-cü turundan təxirə salınmış bir oyun keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, "Qarabağ" səfərdə "Səbail"in qonağı olacaq. 34 xalla turnir cədvəlinin vahid lideri olan "köhlən atlar" qələbə qazanarsa, ikinci sırada yer alan "Qəbələ" ilə xal fərqini 6-ya yüksəldəcək. 

6-cı sıranın sahibi olan "Səbail" isə görüşü qalib başa vuracağı təqdirdə, xallarının sayını 16-ya çatdıracaq və turnir cədvəlində "Neftçi"yə çatacaq.

 

08 dekabr (cümə)

19:00. “Səbail” - “Qarabağ” - 0:2
Qollar:
 Pedro Enrike, 57, Dani Kintana, 69-pen
Bayıl Arena

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Vüsal Əliyev
“Bayıl Arena”