"Qarabağ"ın UEFA-dakı mövqeyi bəlli oldu

Oxunma: 424 TARIX /

Çempionlar Liqasının qrup mərhələsindən sonra klubların UEFA reytinqi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, baş tutan matçlardan sonra siyahıda dəyişiklilər yaranıb.
ÇL-da son matçını səfərdə "Roma" ya qarşı keçirən və meydanı məğlub tərk edən "Qarabağ" 1 pillə geriləyib.. Buna həm də “Astana”nın “Slaviya” üzərində qələbəsi (1:0) səbəb olub. Qazaxıstan klubu Avropa Lqiasının qrup mərhələsinin son turunda qazandığı qələbə ilə bir pillə irəliləyərək 67-ci yeri ələ keçirib. 
Hazırda 68-ci pillədə qərarlaşan çempionumuzun 20.500 xalı var. BATE və “Yanq Boyz” da eyni xalla “Qarabağ”a şərikdir.