reklam

"Bu gün bizi çətin oyun gözlədiyini bilirdik. Çox ağır oyun keçdi. Səfərdən gəlmişdik və bir az yorğunçuluq var idi komanda da. Düzdü heyətdə elə də güclü dəyişiklik olmasa da, psixoliji yorğunluq var idi.  Bizim üçün bu oyun bəlkə də çempionatın ən vacib oyunlarından biri idi. Əsas odur lazım olan üç xalı qazana bildik. Şükürlər olsun ilin axırıncı oyununda qalib gələrək, birinci dövrəni lider olaraq başa vurduq".

İdmanxeber.com-un məlumatına görə,  bu sözləri "Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə  "Səbail" ilə oyundan sonra stadiona ezam olunmuş əməkdaşımıza verdiyi müsahibəsində bildirib.

-Oyunçular stadionda tez-tez yıxılıırdı. Bu meydanda suyun çox olması ilə bağlı ola bilər?

-Top qaçırdı elə bil. Ona görə bir az çətinlik çəkirdik oynamağa.

-Birinci hissə sanki ağır keçdi sizin üçün, ikinci hissəyə nisbətən

-Mən elə deməzdim. Hər iki hissə ağır oldu. Birinci hissədə daima 11-likdə yer alan futbolçular deyildi hamısı, onun üçün müəyyən qədər anlaşmamazlıq yaranırdı. İkinci hissə şükür allaha qaydasına qoyduq və qalib gəldik.

-Ən yaxın rəqibinizdən 6 xal öndəsiz. Bu haqda nə deyə bilərsən ?

-Səhv eləmirəmsə keçən il də oxşar vəziyyət yaranmışdı. İki iyuna “Qəbələ” bizə gəlib çatdı. Fikrimcə bununla rahatlaşmaq olmaz. Bu hələ heçnə demək deyil. Elə hazırlaşmalıyıq ki, sanki onlardan geridəyik.

-Belə bir fikir yaranıb ki, “Qarabağ” Çempionlar Liqasını başa vurdu və artıq,  “Qarabağ” üçün hər oyun qələbə deməkdir.

-Yox mən elə deməzdim. Biz belə fikirləşsək bizim ziyanımıza olar. Məncə  bizi istəməyənlər belə fikirləşər. Bu daha da bizi boşaldar və motivasiyamızı aşağı salar.