reklam

Bu gün  Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start götürəcək.

İdmanxeber.com-un məlumatına görə, birinci oyun günü 2 qarşılaşma ilə əlamətdar olacaq. Günün ilk matçı "İnter "Arena"da "Keşlə" və "Kəpəz" kollektivləri arasında reallaşacaq. İkinci qarşılaşma isə Zirədə yerli komanda və "Neftçi" arasında oynanılacaq.

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 11-i keçiriləcək.

10 dekabr (bazar)

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar

14:00. "Keşlə” – "Kəpəz” 2:0
Hakimlər
: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
"İnter Arena”

16:00. "Zirə” – "Neftçi” 0:1
Hakimlər
: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

11 dekabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Səbail”
Hakimlər:
 Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər:
 Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov
“Azersun Arena”