reklam

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində, "Keşlə" - "Kəpəz" matçının gedişində maraqlı hadisə yaşanıb.

İdmanxeber.com-un "İnter Arena" stadionuna ezam olunan müxbirinin verdiyi məlumata görə, meydan sahiblərinin qapıçısı Orxan Sadıqlı ilə "Kəpəz" azarkeşləri arasında kiçik dialoq diqqətdən qaçmayıb. Belə ki, "sarı göylər"in tərəfdarları qış transfer pəncərəsində Gəncə klubuna keçməsi gözlənilən qolkiperin adını səsləndiriblər. Hörmət əlaməti olaraq azarkeşlərə tərəf dönən Orxan "hər birinizin qarşısında baş əyirəm" ifadələrini işlədib.