Yunis Hüseynov: "Şanslar bərabərdi"

Oxunma: 256 TARIX /

"İstəyirdik ki, cavab oyunu öncəsi yaxşı nəticə qazanaq. Ancaq təəsüflər olsun ki, yaxşı nəticə qazana bilmədik".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra qonaqların baş məşqçisi Yunis Hüseynov deyib.

Çalışdırıcı cavab matçı öncəsi şansları bərabər sayıb:

"Futbolçularıma inanıram. İnanıram ki, cavab görüşündə yaxşı nəticə qazana bilərik. Şanslar cavab matçı öncəsi bərabərdi".