Rəşad Sadıqov sabah U-21 millimizin baş məşqçisi olacaq

Oxunma: 216 TARIX /

Azərbaycanın U-21 milli komandasına yeni baş məşqçi təyin olunacaq.

İdmanxeber.com-un sport24.az saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ”ın kapitanı və bu klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov sözügedən vəzifəyə gətiriləcək.

Təyinatın sabah rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, daha öncə bu vəzifəyə Mahmud Qurbanovun gətiriləcəyi bildirilirdi.