reklam

Ən az "Qarabağ", ən çox "Zirə"

TARIX /

Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün ilk yarısına yekun vurulub. 

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, IV turun təxirə salınmış “Səbail” –“Qarabağ” qarşılaşması (0:2) 14 turu əhatə edən 56 matçlıq ilk yarının son görüşü olub.

Mövsümün ilk yarısında bəzi oyunların meydan sahibləri dəyişdirildiyindən komandaların ev və səfər matçlarının sayı fərqli olub. “Qarabağ”, “Səbail” və “Keşlə” öz meydanında, “Sumqayıt”, “Neftçi” və “Kəpəz” rəqib meydanında daha çox oyuna çıxıb.

Evdə uduzmayan yeganə komanda “Qarabağ”dır. Ağdam klubu öz meydanında hamıdan çox  - 22 xal toplayıb. Qurban Qurbanovun komandası evdə ən az qol (2) buraxan, “Zirə” isə ən məhsuldar (14) komanda olub. “Kəpəz” isə öz meydanında nəinki qələbə, heç xal da qazanmayıb. Qərblilər ən az qol vurub, ən çoxunu buraxan komandadır.

Səfərdə isə “Qarabağ”la “Qəbələ” daha çox – 15 xal toplayıb. Ağdamlılar 1 oyun az keçirsələr də, əlavə göstəricilərdə “Qəbələ” ən yaxşı səfər komandası olub. Roman Qriqorçukun komandası rəqib meydanındakı məhsuldarlığı da (17) hamıdan yüksəkdir. “Qarabağ”la “Zirə” səfərdə cəmi 4 top buraxıb. Rəqib meydanında qələbə qazanmayan “Keşlə” isə səfərdə ən az xal (1) toplayıb, ən az qol vuran (3) komandadır. “Sumqayıt” isə rəqib meydanında ən çox – 13 top buraxıb.