reklam

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının  püşkatma mərasimi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində çıxış edən komandalar 1/8 final mərhələsindəki rəqiblərini tanıyıb. Mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

Qeyd edək ki, ÇL-da 1/8 final mərhələsinin ilk matçları 13-14 və 20-21 fevral tarixlərində keçiriləcək. Cavab oyunları isə 6-7 və 13-14 mart tarixlərinə təsadüf edəcək.

Çempionlar Liqası

1/8 final

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)
“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Real” (İspaniya) - PSJ (Fransa)
“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)
“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)
“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)