reklam

Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, 2018-ci ildəki yoxlama oyunları üçün ilk rəqib bəllidi.

Bu, qonşu Gürcüstan yığmasıdı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qonşularımızla təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq.

Türkiyənin Antalya şəhərində təşkil olunacaq hazırlıq prosesində keçiriləcək matç 2018-ci il fevralın 2-də baş tutacaq.

Qeyd edək ki, bu matç Qurbanovun millinin baş məşqçisi postunda debütü olacaq.