reklam

"Qarabağ" və "Qəbələ" qələbə qazandı

TARIX /

Bu gün  Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, bu gün daha iki görüş keçiriləcək.
"Qəbələ" öz meydanında "Səbail"i qəbul edəcək. Günün digər matçında isə son üç mövsümdə kubokun qalibi olan "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək qəbul edəcək. 

Qeyd edək ki, bu mərhələnin cavab oyunları dekabrın 14-15-də olacaq.


11 dekabr (bazar ertəsi)

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar

19:00. “Qarabağ” – “Sumqayıt” - 2:1
Qollar: 
Rəşad Eyyubov, 24 (0:1), Riçard Almeyda, 57 (1:1), Pedro Enrike, 85 (2:1)
Qırmızı vərəqə: Fərhad Vəliyev, 88 ("Sumqayıt")
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov
“Azersun Arena”
16:00. “Qəbələ” – “Səbail” - 1:0 
Qol: 
Stiven Monroz, 59
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu