Qış fasiləsinə 4-cü pillədə yollanan “Sumqayıt"ın hazırlıq planı məlum olub.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, “gənclik şəhəri"nin təmsilçisi yanvarın 5-də Bakıda bir araya gələcək. 15 gün paytaxtda təlim-məşq toplanışı keçən Samir Abasovun yetirmələri ayın 21-i Türkiyənin

Antalya şəhərinə yola düşəcək. 14 günlük hazırlıq dövründə komanda 4 yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır. Oyunların keçiriləcəyi günlər isə yanvarın 25, 28, 31-i və fevralın 2-nə təsadüf edəcək. Rəqiblərdən 3-nün adına da aydınlıq gəlib. "Sumqayıt" "Akademiya Pandev" (Makedoniya), "Anji" (Rusiya) və "Mladest"lə (Serbiya) üz-üzə gələcək. 

Sumqayıt təmsilçisinin qış transfer pəncərəsi dövründə hər hansı futbolçu ilə yollarını ayırması gözlənilmir. Əyalət klubu heyətinə qatması üçün 2 oyunçu ilə danışıqlar aparır. Hər iki futbolçunun mövqeyi yarımmüdafidi. Adları açıqlanmasa da, hər ikisinin Azərbaycan Premyer Liqasında çıxış edən oyunçular olmasını öyrənə bildik.