Qurban Qurbanovun "sağ əli" Bolqarıstana getdi

Oxunma: 513 TARIX /

“Qarabağ”ın məşqçisi Elçin Rəhmanov PRO məşqçilik kurslarının tələblərinə əsasən dekabrın 9-da Bolqarıstana yollanıb.

İdmanxeber.com-un məlumatına görə, 6 günlük proqramda məşqçimiz Bolqarsıtanın “Levski” və “Ludoqorets” klublarının bazasında olacaq.

Rəhmanov “Ludoqorets” klubunda akademiyanın fəaliyyəti ilə yaxından tanış olub və akademiyanın direktoruyla görüşüb, fikir mübadiləsi aparıb.

Elçin Rəhmanov “Levski” klubunun məşqçilər heyəti və “Latsio” və “Fiorentina”nın sabiq baş məşqçisi, hazırda da “Levski”ni çalışdıran Delio Rossiylə görüşəcək. Komandanın 1 həftəlik hazırlıq prosesi ilə tanış olacaq.