reklam

"Səbail"in qış transfer pəncərəsində göndərməyə hazırlaşdığı futbolçuların adları bəlli olub.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, qəsəbə klubu gənc və heyətə düşə bilməyən oyunçuları göndərməyi planlaşdırır. "Qara siyahı"nın başında Yusif Nəbiyev və Murat Səttarlının adı yer alıb. Müqaviləyə əsasən "Qəbələ"yə məxsus olan, lakin hazırkı komandası ilə 6 aylıq icarə müddəti qalan Nəbiyevi "Zirə" gözdən çıxarıb. Səttarlıya isə yaxşı təklif gələcəyi təqdirdə, futbolçuya qapının yeri göstəriləcək.

Legionerlərdən isə David Manqa qışda "qartallar"ın sıralarını tərk edən futbolçu olacaq. Artıq bu barədə franslı futbolçu baş məşqçi Ayxan Abbasovla masa arxasına əyləşib və fikir mübadiləsi aparıb. Böyük ümidlərlə Bakı komandasına gətirilən, lakin istəniləni verə bilməyən Manqa ilə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra yollar ayrılacaq.

 "Zirə"nin heyətinə qatmaq istədiyi futbolçuların adlarını da öyrənə bildik. Bunlar "Qəbələ"də top qovan Elvin Camalov və "Neftçi"nin formasını geyinən Fəhmin Muradbəylidi. Qəbələ təmsilçisinin üzvünə hələ mövsümün əvvəllində təklif yollayan zirəlilər müsbət cavab ala bilməyib. Camalovu israrla ehyətində görmək istəyən Ayxan Abbasovun bu dəfə də istəyinin reallaşacağı inandırıcı görünmür. Buna səbəb sözügedən futbolçunun son dövrlərdə öz klubunda əsas heyətə düşməsidi.

 Fəhmin transferində də işlərin yolunda getmədiyini söyləyə bilərik. Çünki "ağ-qaralar"ın oyunçusu böyük ölçüdə "Səbail"lə anlaşıb. Buna səbəb baş məşqçi Samir Əliyevin Fəhmin Muradbəyli ilə daha yaxın münasibətdə olmasıdı.