reklam

Bu gün İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində "9 ilə 13" adlı mükafatlandırma mərasimi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə ümumilikdə 17 mükafat sahibini tapıb.

 

Qaliblər 60 KİV arasında sorğu nəticəsində müəyyənləşib. Yalnız futbol üzrə ilin baş məşqçisi nominasiyasında sorğuya ehtiyac olmayıb və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Ali nominasiya kimi mükafatın verilməsi qərara alınıb.

 

Ali nominasiya

İlin məşqçisi - Qurban Qurbanov

 

Nominasiyalar üzrə qaliblər

1. İlin idman xadimi – Tahir Gözəl, "Qarabağ”ın vitse-prezidenti

2. İlin idmançısı – Hacı Əliyev, sərbəst güləş üzrə üçqat dünya çempionu

3. İlin əcnəbi idmançısı – Dino Ndlovu, "Qarabağ”ın futbolçusu

4. İlin futbolçusu – Rəşad Sadıqov, "Qarabağ”ın kapitanı

5. İlin komandası (futbol və digər) - "Qarabağ” və şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası

6. İlin baş məşqçisi (digər növlər üzrə) – Fərhad Məmmədov, cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi

7. İlin ən nüfuzlu yarışı – "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları

8. İlin yazarı – Elnur Həmidov, Komanda.az saytı

 

Xüsusi mükafatlar

1. ALOV - tədbirə verdiyi dəstəyə görə təşəkkürnamə

2. Futbol+ 20 - fəxri fərman 

3. 3-cü hissə - ilin idman verilişi 

4. Firudin Səlimov - ilin fəal fotoqrafı

5. Bakı Olimpiya Stadionu - ilin idman qurğusu

6. Nurlan İbrahimov, "Qarabağ” klubunun mətbuat katibi - media ilə sıx əməkdaşlığa görə