AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Gənclər Liqasının qalmaqallı “Kəpəz” – “Neftçi” matçı ilə bağlı qərarlar verilib. 

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, İK 3 futbolçunu cəzalandırıb.
 
“Kəpəz” – “Neftçi”  oyunundan sonra kütləvi dava-dalaşda iştirak edən “Neftçi”nin üzvü Əbdül Ağaməmmədov və “Kəpəz”in oyunçuları Mehdi Həsənovla Yusif İsmayılov 5 oyunluq cəzalandırılıb.

Həmçinin, U-13 Liqasının, UGİM (Lənkəran) – “Boradigah” (Masallı) görüşünün 45-ci dəqiqəsində meydan sahiblərinin baş məşqiçisi Bəxtiyar Sadıqov hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb.