Qış təlim məşq toplanışı çərçivəsində sabah "Keşlə" Bakıda bir araya gələrək hazırlığın ilkin mərhələsinə start verəcək.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, qəsəbə klubu məşq prossesinə "İnter Arena"da başlamaq istəmir. Daha dəqiq desək, bu yeni baş məşqçi Yuri Maksimov belə bir təklif irəli sürüb. Ukraynalı mütəxəssis yanvar ayının 22-nədək Bakıda keçiriləcək məşqlərin əksəriyyətinin təbii ot örtüklü meydançada baş tutmasının tərəfdarıdı. Bu mənada "Keşlə" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşqlərə start verəcək.