Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 30-da Türkiyənin Antalya şəhərində təşkil olunacaq qarşılaşmada rəqib Moldova yığması olacaq. 

Bu, baş məşqçi Qurban Qurbanovun millidəki ilk sınağı olacaq.

Qeyd edək ki, Azərbaycan yığması fevralın 2-də Gürcüstanla da yoldaşlıq oyunu keçirəcək.