reklam

Mövsümün ikinci yarısının hazırlıqlarına Bakıda start verən "Kəpəz" heyətini qapıçı ilə gücləndirib.

İdmanxeber.com-a verilən məlumata görə, "sarı göylər" Tərlan Qasmızadəni sıralarına cəlb edib. "Xəzər Lənkəran"ın yetirməsi olan 23 yaşlı "əlcək sahibi" Yunis Hüseynov üçün yad deyil. Cənub təmsilçisində işlədiyi dönəmdən Tərlanı tanıyan mütəxəssis, onu "Kəpəz"ə dəvət edib. 

Tərlan Qasımzadə ilə yaxın günlərdə müqavilə bağlanarsa belə, legioner qapıçı mövzusu gündəmdən düşməyib. Ukraynalı qolkiperlə danışıqlar davam etməkdədi.

Xatırladaq ki, "Kəpəz"in ehtiyat qapıçısı Ruzi Qiyaslı artıq göndərilib.