reklam

Bu klub rekord qırdı: 3 ilə 25 məşqçi

TARIX /

Misir çempionatında çıxış edən "Zamalek" kollektivi qeyri-adi rekordla gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, klub son 3 il yarımda 25-ci baş məşqçi dəyişikliyini reallaşdırıb. 2014-cü ildə klub prezidenti təyin olunan Mortada Monsur baş məşqçiləri "əlcək" kimi dəyişməkdə davam edir. 

Qeyd edək ki, sözügedən klubun bu gün "Əl Əhli" komandası ilə görüşü baş tutacaq. "Zamalek" məğlub olacağı təqdirdə hazırkı baş məşqçi Ehab Qalalın da göndərilməsi gözlənilir.