reklam

Rekord məbləğ qarşılığında (160 milyon avro) "Liverpul"u "Barselona"ya dəyişən Filip Koutinyonun yeni klubundakı forma nömrəsi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu "Barsa"nın heyətində 7 nömrəli forma ilə çıxış edəcək. Maraqlısı isə ondadı ki, sözügedən rəqəm ispan təmsilçisinin hazırkı futbolçusu Arda Turana məxsusdu. Türkiyəli oyunçunun "Barselona"dan ayrılacağı gündəm olsa da, bu hadisədən sonra gedəcəyinə şübhə qalmayıb.