Ayaz Quliyevin yeni klubu bəlli oldu

Oxunma: 302 TARIX /

"Anji"dən ayrılan əslən azərbaycanlı futbolçu Ayaz Quliyevin yeni klubunun adı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz karyerasına yenə Rusiya çempionatında davam edəcək. Müqavilə əsasında "Spartak"a məxsus olan 21 yaşlı yarımmüdafiəçi "Rostov" klubuna keçib.

Qeyd edək ki, Rusiyanın bütün aşağı yaş qrupu yığmalarında çıxış etmiş Ayaz Quliyevin Azərbaycan millisinə çağırılması istisna edilmir.